oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsində dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28.06.2007)

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamına əsasən "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsini təmin etmək, habelə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 2178 nömrəli Sərəncamının icrasına uyğun olaraq Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı bəzi məsələləri tənzimləmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 505 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1052) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. Fərmanın 1-ci bəndində "xərcləri 977 066,9 min manat" sözləri "xərcləri 1 115 566,9 min manat" sözləri ilə əvəz edilsin.

1.2. 3-cü bəndində verilmiş cədvələ aşağıdakı məzmunda 5-ci və 6-cı sıralar əlavə edilsin və müvafiq olaraq cədvəlin beşinci sırası 7-ci sıra hesab edilsin və xərclərin məbləğinin cəmi göstərilən sırada "977 066,9" rəqəmi "1 115 566,9" rəqəmi ilə əvəz edilsin:

2. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsi 50 000,0

3. Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi 88 500,0

4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 iyun 2007-ci il.