Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.
Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsinin icrası gəlirlər 1 582 406,6 milyon manat, xərclər 817 507,9 milyon manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2004-cü il büdcəsində nəzərdə tutulduğundan müvafiq olaraq 70,4 % artıq gəlirlə və büdcə xərcləri üzrə 3 % kəsirlə aşağıdakı kimi təsdiq edilsin:
Sıra №-si | Göstəricilər | Min manatla |
Gəlirlər | 1 582 406.6 | |
O cümlədən | ||
1 | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 1 294 834.7 |
2 | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər | 43 261.0 |
3 | Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 59 712.3 |
4 | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) | 105 991.1 |
5 | Neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər. | 2 984.375 |
6 | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 623.2 |
Xərclər | 817 507.9 | |
O cümlədən | ||
1 | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dairAzərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarının, 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamının icrası, habelə Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün fərdi evlərin layihələndirilməsi və tikintisi, Biləsuvar, Füzuli, Ağdam, Ağcabədi rayonları ərazisində 4179 məcburi köçkün ailsəi üçün yeni qəsəbələrin salınması üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı xərclər | 74 952.3 |
2 | Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 89 000.0 |
3 | Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinə transfert | 650 000.0 |
4 | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 3 555.6 |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2005-ci il