oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26.12.2007)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq qərara alıram:

1.Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin gəlirləri 3 609 361,0 min manat, xərcləri 1 680 853,6 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra No-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

1

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

3 473 109,6


2

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

13 423,2

3

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər

121 928,2

4

Digər gəlirlər və daxilolmalar

900,0

Cəmi

3 609 361,0

3.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra No-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

1

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

145 000,0

2

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinə transfert

1 100 000,0

3

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

211 820,0

4

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

120 600,0

5

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

88 682,0

6

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

5 000,0

7

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

9 751,6

Cəmi

1 680 853,6

4.Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 dekabr 2007-ci il.