oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28.12.2018)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)


13 218 752,6

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

4 692,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19 040,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 442 495,1


2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 170,0


Cəmi

15 450 149,7


3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)


3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi


200 000,0


3.2.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi


11 364 300,0


3.3.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

30 938,4



Cəmi

11 595 238,4


4. “2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.