Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi üzrə fəaliyyət barədə 2011-ci ili əhatə edən illik hesabatın tərtibi və dərci işlərinin satın alınması məqsədilə təkliflər sorğusu üsulu ilə satınalma müsabiqəsi keçirir.
Təkliflər 18 yanvar 2012-ci il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Neftçilər pr. 24, Azərbaycan Respublikası Dövlət Neft Fondu
Əlaqə telefonu: 4987753 (dax. 129)
Faks: 4981760
E-mail:farid.farzaliyev@oilfund.az
Əlaqələndirici şəxs: Fərid Fərzəliyev