oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 11.11.2009

Tender Elanı 11.11.2009

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

A-sinifli yeni ofis binasının inşaatı layihəsində

intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının layihələndirilməsi və

həyata keçirilməsinə nəzarət üçün məsləhət və peşəkar xidmətlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tenderdə satın alınan məsləhət və peşəkar xidmətlər A-sinifli yeni ofis binasının inşaatı layihəsində intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının layihələndirilməsi və həyata keçirilməsinə nəzarətilə bağlıaşağıdakılarla məhdudlaşmayan bütün məsələləri əhatə etməli və 30 aylıq inşaat layihəsi müddətində icra edilməlidir:

  • İntellektual İnformasiya Şəbəkəsi İnfrastrukturu;
  • İntellektual İnformasiya Təhlükəsizliyi Şəbəkəsi İnfrastrukturu;
  • İntellektual və Avtomatlaşdırılmış Bina və Resursların İdarə Edilməsi Sistemi Şəbəkəsi İnfrastrukturu;
  • Təchiz edilmiş ofislərin konseptual layihəsi təlimatları;
  • Əməliyyat prosedurları və istifadəçi təlimatları;
  • İstifadəçilər üçün treninq;
  • Sistemin sınaqdan keçirilməsi və işə salınması və digər.

Tender prosedurları 11 yanvar 2010-cu il tarixdə, yerli vaxtla saat 11:00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün podratçılar aşağıdakı sənədləri ARDNF-yə təqdim etməlidir:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 25 dekabr 2009-cu il yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 08 yanvar 2010-cu il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1004, Bakı şəhəri, Neftçilər prospekti 24, ünvanda yerləşən ARDNF-yə təqdim edilməlidir.

İddiaçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün biznes mərkəzlərin avtomatlaşdırılması və İnformasiya Texnologiyaları sahəsində məsləhət xidməti, A-sinifli binalarda bu tipli layihələrin tətbiqində ən azı 5 illik təcrübənin, dünya miqyasında (əsasən Avropa və ABŞ-da) müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur.

İddiaçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular RFP@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Qaçay Mirzəyev) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 176)