Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri və digər təşkilatlar tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:
-Demontaj olunmuş, diametri 1220 mm olan köhnə dəmir borular, qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, polad təbəqələr, şvellerlər, balkalar, künclüklər, müxtəlif materiallar eləcədə neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, ehtiyyat hissələri, o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 2009-cu il oktyabrın 5-nə qədər ARDNF-ə müraciət edə bilərlər.
Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin müdiri Emin Qasımovla əlaqə saxlamaq olar.
Telefon nömrələri: 497-08-25, 497-08-26 (daxili 108)