oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 16.03.2018

Bildiriş 16.03.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək üzləşdirilməsi və Xidmət Təklifləri Sorğusu ilə (bundan sonra “XTS”) tələb edilən ümumi məlumatların toplanması daxil olmaqla 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatlarının hazırlanması xidmətinin müsabiqə yolu ilə satınalınması məqsədilə təkliflər cəlb edir.

Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, müstəqil və ixtisaslaşmış auditor təşkilatları öz təkliflərini XTS tələblərinə əsasən 19 aprel 2018-ci il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı XTS-i və əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə (+994 12) 498-77-53 (daxili 1805) nömrəli telefon və ya umehraliyeva@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.