Lot 1. İnformasiya texnologiya avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması;
Lot 2. Fiziki təhlükəsizlik avadanlıqlarının (kameraların) satın alınması;
Lot 3. 1 ədəd split kondisionerin və split kondisionerlər üçün zəruri xidmət ləvazimatlarının satın alınması;
Lot 4. Xırda avadanlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satın alınması;
Lot 5. Fiziki təhlükəsizlik sistemində avadanlıqlar üçün ehtiyat hissələrin satın alınması;
Lot 6. Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrinin satın alınması;
Lot 7. Fiziki təhlükəsizlik üzrə mühəndis texniki avadanlıqlarının ehtiyat hissələrinin satın alınması;
Lot 8. Mülki müdafiə avadanlıqlarının satın alınması;
Lot 9. Xidməti geyim formalarının satın alınması (şalvar, köynək, papaq, ayaqqabı, pencək, gödəkçə və.s);
Lot 10. Loqlar üçün saxlancın (artırılması) satın alınması;
Lot 11. Dəftərxana ləvazimatlarının satın alınması;
Lot 12. Fond daxili istifadə üçün nəzərdə tutulan ərzaq mallarının satın alınması;
Lot 13. Azqiymətli və çox istifadə olunan təsərrüfat mallarının satın alınması;
Lot 14. Transformator məntəqəsi üçün mühafizə vasitələrinin satın alınması;
Lot 15. Armstrong markalı yanğın nasosu üçün akkumulyatorların satın alınması;
Lot 16. Carrier markalı ümumi havalandırma qurğuları (AHU və Fan coil) üçün sərfiyyat mallarının (qayış, filtr, nəmləndirici çən və legioner həb) satın alınması;
Lot 17. İT sistemlərində mövcud lisenziyaların və vendor texniki xidmətinin müddətinin uzadılması xidmətinin satın alınması;
Lot 18. Xarici poçt xidmətlərinin satın alınması;
Lot 19. Elektron sənəd dövriyyəsi üçün proqram təminatının satın alınması;
Lot 20. AIRWATCH - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 21. SYMANTEC - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 22. GFİ - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 23. RSA - lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 24. Cisco network security systems lisenziyaların 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 25. Cisco İT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 26. İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub və s.) texniki xidmətin satın alınması;
Lot 27. Fiziki təhlükəsizlik sahəsində perimetrə giriş-çıxışı idarəetmə və binanın girişinə nəzarət sistemi (CPAM)və video-müşahidə sisteminə (VSOM ) (Support lisenziyaları/Smartnet daxil olaraq) texniki xidmətin satın alınması;
Lot 28. Şəbəkə təhlükəsizliyi idarəetmə sistemi üzrə texniki xidmətin satın alınması;
Lot 29. Şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin satın alınması;
Lot 30. Mobil qurğuların və antivirus proqramların sistemləri üzrə texniki xidmətin satın alınması;
Lot 31. Zəifliklərin idarə olunması sistemləri üzrə texniki xidmətin satın alınması;
Lot 32. İnzibati binada quraşdırılmış yanğın söndürmə sistemləri və avadanlıqlarına (Armstrong markalı nasoslar, drençerlər, sprinklerlər, balonlar, hidrantlar, hava kompressorları və s.) texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 33. FM 200 (azot) tipli yanğınsöndürmə qurğularına texniki xidmətin satın alınması;
Lot 34. Yanğından mühafizə sistemlərinə və qurğularına (SİMPLEX, BOSCH Praesideo və VESDA VLF) texniki xidmətin satın alınması;
Lot 35. Emerson markalı kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması;
Lot 36. Trane markalı ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin satın alınması;
Lot 37. Schneider markalı transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satın alınması;
Lot 38. Caterpillar markalı generatorlara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 39. Secalt markalı fasad təmizləmə qurğularına texniki xidmətin satın alınması;
Lot 40. Emerson markalı serverlər üçün soyutma qurğularına (Cracks) texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 41. Nobel markalı su təmizləyici qurğulara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 42. Grundfoss markalı su nasoslarına texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 43. Buderus markalı qazanlara (Boiler) texniki xidmətin satın alınması;
Lot 44. Mühəndis-texniki avadanlıqlara (şlaqbaumlar, gunnebo qapıları, darvaza jalyüzlər, qalxan maneələr, alaqapılar, darvazalar, car-parking sistemi, UVİSCAN avtomobillərin yoxlama və nəzarət sistemi və.s) texniki xidmətin və sensorların (iberseguar avtodayanacağın idarəedilməsi sistemi üçün) satın alınması;
Lot 45. İnzibati binada yanğın qapıların kipləndirmə mexanizmlərinə texniki xidmətin satın alınması;
Lot 46. Mətbəə işlərinin satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Lot 1- 46 üzrə tender prosedurları 05 aprel 2018-ci il yerli vaxtla saat 10:00-da, ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 19 mart 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 04 aprel 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğularTSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 3, Lot 9, Lot 11 - Lot 16, Lot 32 - Lot 44 üzrə Əli Rzayev (dax.: 1005), Lot 1, Lot 4, Lot 17, Lot 25, Lot 26 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 2, Lot 5 - Lot 8, Lot 10, Lot 20 - Lot 24, Lot 27 - Lot 31, Lot 45 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 18, Lot 19, Lot 46 üzrə Çəməngül Mustafayeva (dax.: 1001), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)).