oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 28.07.2018

Tender Elanı 28.07.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot 1. Nessus (Zəifliklərə qarşı skaner sistemi) lisenziyasının satın alınması;

Lot 2. Fiziki təhlükəsizlik üzrə mühəndis texniki avadanlıqlarının ehtiyat hissələrinin satın alınması;

Lot 3. Bakı şəhəri ərazisində yerləşən mərkəzlər üzrə Fondun əməkdaşları üçün bədən tərbiyyəsi və idmanxidmətlərinin satın alınması;

Lot 4. Schneider markalı transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satınalınması

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Tender prosedurları 05 sentyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 27 avqust 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 04 sentyabr 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2017@oilfund.azünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot 1-2 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 3 üzrə Səidə Ağayeva (dax.:8001), Lot 4 üzrə Əli Rzayev (dax.: 1005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)).

Tender komissiyası