Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya 2016-cı ili əhatə edən “Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabat”-ın hazırlanması üçün auditor xidmətinin satınalınması (kotirovka sorğusu üsulu ilə) üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən “Moore Stephens Azerbaijan Limited” şirkətini müsabiqənin qalibi elan etmişdir.