oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 11.04.2014

Tender Elanı 11.04.2014

Azərbaycan Respublikası Dövlət Neft Fondu Portfel İdarəetmə və Mühasibat Sisteminin Satın Alınması MəqsədiləAÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Portfel İdarəetmə və Mühasibat Sistemi üzrə proqram təminatının satın alınması məqsədilə açıq tender elan edir.

Tenderdə maliyyə texnologiyaları sahəsində xidmət göstərən və müxtəlif maliyyə alətləri üzrə reallaşdırılan çox-valyutalı investisiyaların bütün mərhələlərində həyata keçirilən əməliyyatları əhatə edən, mühasibatlıq prosesini, gəlirliliyin ölçülməsi vasitələrini, xüsusi və fərdi hesabatlılığı dəstəkləyən, eyni zamanda mürəkkəb alətlərlə və strukturlarla işləyən müfəssəl portfel idarəetmə sistemini təklif edən şirkətlər (iddiaçılar) iştirak edə bilərlər.

ARDNF haqqında ümumi məlumat:

Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun saytında (www.oilfund.az) tanış olmaq olar.

İnvestisiya portfeli haqqında qısa məlumat

31 mart 2014-cü il tarixinə ARDNF-nin maliyyə vəsaitləri təqribən 36,6 milyard ABŞ dollarına bərabərdir.

ARDNF-nin investisiya siyasətinə əsasən investisiya portfelinin maliyyə alətləri üzrə bölgü aşağıdakı kimidir:

Sabit gəlirli qiymətli kağızlar:

80%

Səhmlər (özəl səhmlər daxil olmaqla):

10%

Daşınmaz əmlak:

5%

Qızıl:

5%

İxtisas göstəricilərinə dair minimal tələblər:

Satınalma prosedurlarında iştirak etmək və satınalma müqaviləsinin icrasını təmin etmək məqsədilə iddiaçılar öz peşəkarlıqlarını, təcrübələrini, texniki və maliyyə imkanlarını təsdiq etməlidirlər. İddiaçıların ixtisas göstəricilərinə dair minimal tələblər aşağıdakı kimidir:

  • İnvestisiya fəaliyyəti sahəsində və vəsaitlərin həcminə görə ARDNF-ə oxşar olan institusional sərmayəçilərə və vəsaitlərin idarə edilməsi şirkətlərə portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin təmin olunması sahəsində ən azı 3(üç) illik təcrübəyə malik olmalıdır;
  • Beynəlxalq müştərilərin sayı 20-dən və xidmət göstərilən suveren fondların sayı 1-dən az olmamalıdır.

Tələb olunan sənədlər:

Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər15 may 2014-cü il tarixindən gec olmayaraq elektron məktub və poçt vasitəsilə aşağıdakı sənədləri ARDNF-ə təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək barədə ərizə (iddiaçıların tenderdə iştirak niyyətlərini təsdiq edən məktub)
  2. Təşkilatın tam adı,hüquqi statusunu təsdiq edən sənədlərin surəti (təşkilatın nizamnaməsi, təşkilatın dövlət qeydiyyatı haqqında sertifikatı, qeydiyyat kitabından çıxarışı və sair)
  3. Təşkilatın ötən ilin sonuna olan maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmişsənəd (və yaxud auditdən keçmiş sonuncu maliyyə hesabatı)
  4. İxtisas göstəricilərini təsdiqləyən sənədlər (məlumat).

Əsas şərtlər toplusu:

Azərbaycan və ingilis dillərində hazırlanmış Tenderin Əsas Şərtlər Toplusu (ƏŞT) iddiaçılara tenderdə iştirak etmək barədə ərizə qəbul olunduqdan sonra təqdim olunacaqdır.

Təkliflərin təqdim olunması:

ƏŞT üzrə tender təklifləri23 may 2014-cü il tarixində yerli vaxtla saat 17:00-dan gec olmayaraq bank zəmanəti (tender təklifinin 1%-i məbləğində) ilə birgə təqdim edilməlidir. Təkliflər Azərbaycan, AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-ə göndərilməlidir.

Tender prosedurlarının başlanması:

Tender təkliflərinin (zərflərin) açılması26 may 2014-cü il tarixində yerli vaxtla saat 11:00-da ARDNF-nin Neftçilər prospekti 24 ünvanında yerləşən inzibati binasında baş tutacaqdır.

Proqram təminatının quraşdırılması müddəti və yeri:

Proqram təminatının quraşdırılması üçün son müddət 18 ay təşkil edir. Proqram təminatı xidmətləri ARDNF-nin Heydər Əliyev prospekti 111 “A”, Bakı şəhəri, Azərbaycan ünvanında yerləşən yeni inzibati binasında həyata keçiriləcəkdir.

Əlaqə:

ƏŞT ilə bağlı sual və sorğular ARDNF-nintender@oilfund.az ünvanlı elektron poçtuna Tender komissiyasının üzvü Vadim Pşeniçniyə göndərilə bilər (telefon: +99412-498-7753 (dax. 178), fax: +99412-490-5842).