oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 27.09.2007

Bildiriş 27.09.2007

Azərbaycan Respublikası 2003-cü ildən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur. Hal-hazırda Azərbaycan MHŞT-nin tətbiqi sahəsində geniş təcrübəyə malikdir və MHŞT-yə qoşulan ölkələr içərisində səkkiz hesabat açıqlamış yeganə ölkədir. 2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında 15 ölkəyə, o cümlədən Azərbaycana namizəd statusu verilmişdir. İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tam üzvü olmaq üçün ölkələrdə xüsusi qiymətləndirmə prosesi keçirilməlidir. 2008-ci ildən etibarən ilk olaraq Azərbaycanın qiymətləndirilməsi prosesinə başlanılmışdır.


MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT-yə qoşulmuş ölkələrdə bu prosesin tətbiqini qiymətləndirmək üçün beynəlxalq nüfuzlu 7 şirkət (validator) - Coffey Int. Dev. Ltd., ECON, The IDL Group, Goldwyn Int Strategies, Hart Nurse Limited, Oxford Policy Management, PricewaterhouseCoopers and Accountability təyin edilmişdir. Azərbaycanda qiymətləndirmə prosesi ilə əlaqədar yaradılmış MHŞT tərəflərindən - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasından ibarət İşçi Qrup tərəfindən həmin şirkətlər arasından Azərbaycanda bu prosesi həyata keçirəcək şirkət seçiləcəkdir. Bu məqsədlə İşçi Qrupu bu şirkətlər arasında müsabiqə keçirir.


Bu müsabiqədə iştirak etmək istəyən şirkətlərin qiymətləndirmə prosesinin həyata keçirilməsinə dair təklifləri 28 oktyabr 2008-ci il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim edilə bilər.