oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 05.03.2007

Tender Elanı 05.03.2007

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı proqram təminatı və həmin proqram təminatı üzrə xidmətlərin satınalınması üçün açıq tender elan edir:

- Portfel İdarəetmə / Portfel Mühasibat Sistemi.

Sistemin yaradılması və reallaşdırılması tender qalibi ilə müqavilə bağlandıqdan sonra 1 (bir) il ərzində həyata keçirilməlidir.

Tenderdə texnoloji, portfel idarəedilməsi və əməliyyatların prosessinqi sistemləri üzrə maliyyə sektoruna xidmətləri təmin edən beynəlxalq nüfuzlu proqram təminatı şirkətləri iştirak edə bilərlər.

Azərbaycan və ingilis dillərində hazırlanmış Tenderin Əsas Şərtlər Toplusu (TƏŞT) və əlavə olunan tender sənədləri tenderdə iştirak etmək istəyən təşkilatlara təmənnasız olaraq elektron poçt və ya poçt vasitəsilə çatdırılacaqdır.

Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər ən geci 2007-ci il fevralın 22-dək aşağıdakı sənədləri faksla, elektron poçtla və ya poçtla ARDNF-ə təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək barədə ərizə;


2. Təşkilatın tam adını, hüquqi statusunu təsdiq edən sənədlərin sürəti (təşkilatın nizamnaməsi, təşkilatın dövlət qeydiyyatı haqqında sertifikatı, qeydiyyat kitabından çıxarışı və sair);


3. Auditdən keçmiş sonuncu maliyyə hesabatı.

Tender təklifləri ən geci 05 mart 2007-cı il tarixdə yerli vaxtla saat 15.00-dək AZ1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tender təkliflərinin (zərflərin) açılması 06 mart 2007-ci il tarixdə, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi ünvandakı inzibati binasında keçiriləcəkdir. Təşkilatların səlahiyyətli nümayəndələri tender üzrə təklif zərflərinin açılmasinda iştirak edə bilərlər.

TƏŞT ilə əlaqədar suallar və sorğular Azərbaycan Respublikası Dövlət Neft Fondununtender@oilfund.azünvanlı elektron poçtuna və ya (+99412) 4905842 nömrəli faks nömrəsinə (Tender komissiyasının sədri R. Məmmədova) göndərilə bilər.

Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun saytında (www.oilfund.az) tanış olmaq olar.