“Azərbaycan” qəzetinin 13 və 24 fevral 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 46 lotdan ibarət açıq tenderdə Lot 17. İT sistemlərində mövcud lisenziyaların və vendor texniki xidmətlərinin müddətinin uzadılması xidmətinin satın alınması üzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 12 iyul 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.