Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
Lot 1: Emerson markalı kəsintisiz güc mənbələrinə (UPS) təmir və sərfiyyat materiallarının satın alınması;
Lot 2: Secalt markalı fasad təmizləmə qurğularına təmir materiallarının satın alınması;
Lot 3: Boyaq məhsullarının satınalınması;
Lot 4:İT sistemləri üçün yeni lisenziyaların alınması, mövcud lisenziyaların, vendor texniki xidmətinin müddətinin uzadılması xidmətinin satın alınması;
Lot 5:İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması;
Lot 6: Unikal №-li və ştrixkodlu plombların satın alınması;
Lot 7: Cisco İT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 il müddətinə uzadılması xidmətinin satın alınması;
Lot 8: Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satın alınması;
Lot 9: "İKT infrastrukturunda zəiflikləri texniki audit etmə" xidməti üçün ("Penetration Testing") test alətlərinin, lisenziyaların və texniki dəstəyin satın alınması;
Lot 10: İnformasiya təhlükəsizliyi sistemlərin (GFİ və Radware) lisenziyalarının 1 il müddətinə uzadılması;
Lot 11: Təmizlik xidmətlərinin satın alınması;
Lot 12: Ərzaq malların satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 08 fevral 2019-cu il yerli vaxtla saat 10:00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 31 yanvar 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 07 fevral 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Lot 2, Lot 3, Lot 6, Lot 12 üzrə iştirak haqqı 50 (əlli) manat və Lot 1, Lot 4, Lot 5, Lot 7, Lot 8, lot 9, Lot 10, Lot 11 üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot 4, Lot 5, Lot 7 üzrə Ülvi Abdullayev (dax.: 1210), Lot 6, Lot 8, Lot 9, Lot 10 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 1-3, Lot 11, Lot 12 üzrə Elşad Bağırov (dax.: 1010), hüquqi məsələlər üzrə Kəmalə Rəhimova (dax.: 8023)).
Tender komissiyası