oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 24.01.2019

Tender Elanı 24.01.2019

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (Enterprise Resource Planning/ERP) proqram təminatının və onun inteqrasiya edilməsi üzrə xidmətlərin satın alınması üzrə

İKİMƏRHƏLƏLİ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikimərhələli tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Birinci mərhələ üçün təqdim edilən ilkin tender təkliflərinin zərflərinin açılışı 11 mart 2019-cu il yerli vaxtla saat 10:00, ikinci mərhələ üçün təqdim edilən tender təkliflərinin zərflərinin açılışı isə 22 may 2019-cu il yerli vaxtla saat 10:00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında baş tutacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • podratçının Avtomatlaşdırılmış İdarəetmə Sisteminin proqram təminatının tətbiqi və onun inteqrasiya edilməsi üzrə xidmətlərin göstərilməsi istiqamətində ən azı 5 illik və sözügedən xidmətlər üzrə Azərbaycan Respublikası daxilində ən azı 3 illik təcrübəsini təsdiq edən sənədlər;
  • təklif edilməsi planlaşdırılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin proqram təminatının qlobal istehsalçı tərəfindən istehsal edilməsini təsdiq edən sənədlər;
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
  • birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifi (texniki təklif, qiymət təklifi istisna olmaqla)
  • ikinci mərhələ üçün yekun tender təklifi (texniki və qiymət təklifi daxil olmaqla, tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);

Podratçılardan tələb olunan sənədlər 28 fevral 2019-cu il yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifləri (texniki təklif, qiymət təklifi istisna olmaqla) 07 mart 2019-cu il yerli vaxtla saat 18:00-a kimi, ikinci mərhələ üçün yekun tender təklifləri isə (texniki və qiymət təklifi daxil olmaqla) 21 may 2019-cu il yerli vaxtla saat 18:00-dək, ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

İştirak haqqı 500 (beş yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxs Aynur Səmədova (dax.: 1006), hüquqi məsələlər üzrə Kəmalə Rəhimova (dax.: 8023)).

Tender komissiyası