“Xalq” qəzetinin 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 lotdan ibarət açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “ARHUN SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti, Lot-2 üzrə “AVROPA LİFT SİSTEMLƏRİ” Məhdud Məsuliyyətli Cəmiyyəti, Lot-11 üzrə “ŞEH” Məhdud Məsuliyyətli Cəmiyyəti və Lot-12 üzrə “BRF INTERNATIONAL” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olmuşdur.
Qalib şirkətlərlə Lot-1 üzrə 28 mart 2019-cu il, Lot-2 üzrə 29 mart 2019-cu il, Lot-11 üzrə 01 mart 2019-cu il və Lot-12 üzrə 29 mart 2019-cu il tarixdə müvafiq satınalma müqavilələri imzalanmışdır.
Tender Komissiyası