oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 02.05.2019

Bildiriş 02.05.2019

“Xalq” qəzetinin 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 LOT-dan ibarət açıq tenderin nəticələrinə əsasən LOT 5. İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması üzrə “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, LOT 8. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satın alınması üzrə isə “Evrodizayn” Qapalı Səhmdar Cəmiyyəti qalib olmuşdur.

Qalib şirkətlərlə 2019-cu il aprelin 29-də müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender Komissiyası