oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 16.07.2019

Tender Elanı 16.07.2019

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

LOT 1: İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub, İT təhlükəsizlik sistemləri və s.) texniki xidmətin satın alınması;

LOT 2: Fiziki təhlükəsizlik sahəsində perimetrə giriş-çıxışı idarəetmə və binanın girişinə nəzarət sistemi (CPAM ) və video-müşahidə sisteminə (VSOM) (Support lisenziyaları/Smartnet daxil olmaqla) texniki xidmətin satın alınması;

LOT 3: Nessus lisenziyasının 1 il müddətinə uzadılmasının satın alınması;

LOT 4: Transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satın alınması;

LOT 5: Generatorlara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;

LOT 6: Sutəmizləyici qurğulara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;

LOT 7: Su nasoslarına texniki xidmətin satın alınması;

LOT 8: Bayraqlara və bayraq dirəklərinə texniki xidmətin satın alınması;

LOT 9: Tərcümə xidmətlərinin (yazılı və sinxron) satın alınması;

LOT 10: Elektron sənəd dövriyyəsi üçün proqram təminatının satın alınması;

LOT 11: Fondun əməkdaşları üçün Bakı şəhəri ərazisində yerləşən idman-sağlamlıq mərkəzləri üzrə bədən tərbiyəsi və idman xidmətlərinin satın alınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Tender prosedurları 02 sentyabr 2019-cu il yerli vaxtla saat 10:00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);

Podratçılardan tələb olunan sənədlər (tender təklifi və təklifin təminatı istisna olmaqla) 22 avqust 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri (təklifin təminatı ilə birlikdə) isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 30 avqust 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

İştirak haqqı, Lot 1, Lot 2, Lot 3, Lot 4, Lot 5, Lot 6, Lot 10 və Lot 11 üzrə isə 100 (yüz) manat, Lot 7, Lot 8 və Lot 9 üzrə isə 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+99412) 498 77 53, əlaqələndirici şəxslər: Lot 1 üzrə Ülvi Abdullayev (dax.: 1210), Lot 2 və Lot 3 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 4, Lot 5, Lot 6, Lot 7, Lot 8 və Lot 9 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 10 üzrə Çəməngül Mustafayeva (dax.: 1001), Lot 11 üzrə Səidə Ağayeva (dax.: 8001), hüquqi məsələlər üzrə isə Kəmalə Rəhimova (dax.: 8023)).

Tender komissiyası