“Azərbaycan” qəzetinin 25 aprel və 08 may 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 17 LOT-dan ibarət açıq tenderin nəticələrinə əsasən LOT 1: Dəftərxana ləvazimatlarının satın alınmasında “A4 Plaza” MMC, LOT 3: Ümumi havalandırma qurğuları (AHU və Fan coil) üçün sərfiyyat mallarının satın alınmasında “Kartes” MMC, LOT 7: Yanğın söndürmə qurğularına (FM 200) texniki xidmətin satın alınmasında “IT Solutions” MMC, Lot 9: Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınmasında “Climaservice AZ” MMC və Lot 16: Qazanlara (Boiler) texniki xidmətin satın alınmasında isə “ASC Co” MMC qalib olmuşdur.
Qalib şirkətlərlə 16 avqust 2019-cu ildə hər bir lot üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır.
Tender Komissiyası