Azərbaycan Respublikasının Dövlət Neft Fondu 6 LOT üzrə təkliflər sorğusu elan edir
LOT 1. Toyota Camry və 2 ədəd Toyota Corolla model avtonəqliyyat vasitələrinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
LOT 2. Mazda 6 model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
LOT 3. Volkswagen Amarok model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyyat hissələri və sürtgü materialları daxil olmaqla) satın alınması;
LOT 4. Nəqliyyat xidmətlərinin satın alınması;
LOT 5. Transformator qurğusu üçün təmir materiallarının satın alınması;
LOT 6. Kəsintisiz güc mənbəyi (UPS) üçün təmir materialının satın alınması.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanına (telefon: +99412 498 77 53, faks: +99412 565 87 55, əlaqələndirici şəxslər: Əli Rzayev-daxili: 1005, hüquqi məsələlər üzrə Kəmalə Rəhimova-daxili: 8023) müraciət edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iddiaçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.
Təkliflər sorğusu proseduru “Dövlət satınalmalaraı haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.
Təkliflər sorğusunda iştirak üçün sənədlər 16 iyun 2020-ci il saat 18:00-dək qəbul olunur.
İddiaçıların təklifləri 17 iyun 2020-ci il saat 11:00-da AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında açılacaqdır.
Tender komissiyası.