oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

eTender-29.10.2020

eTender-29.10.2020

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.


  1. Smart kartların satın alınması;
  2. Nessus lisenziyasının 1 (bir) il müddətinə uzadılmasının satın alınması;
  3. Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemlərinə texniki xidmətin və Smartnet lisenziyalarının 1 (bir) il müddətinə uzadılmasının satın alınması.
  4. Pentest lisenziyalarıın 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınması;

İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az Dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar Smart kartların satın alınması üzrə 40 AZN, Nessus lisenziyasının 1 (bir) il müddətinə uzadılmasının satın alınması üzrə 100 AZN, Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemlərinə texniki xidmətin və Smartnet lisenziyalarının 1 (bir) il müddətinə uzadılmasının satın alınması üzrə 100 AZN və Pentest lisenziyalarıın 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınması üzrə isə 15 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

  • Azərbaycan Respublikasının Dövlət Neft Fondu
  • Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
  • VÖEN: 9900041961
  • H/h:AZ84NABZ01360400000000001944
  • Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Kod: 501004
  • VÖEN: 9900071001
  • M/h: AZ74NABZ01451700000000001944
  • S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar Smart kartların və Nessus lisenziyasının 1 (bir) il müddətinə uzadılmasının satın alınması üçün tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 23 noyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 01 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 02 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.

İddiaçılar Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemlərinə texniki xidmətin və Smartnet lisenziyalarının 1 (bir) il müddətinə uzadılmasının və Pentest lisenziyalarıın 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınması üçün tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 24 noyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 02 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 03 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası