Azərbaycan Respublikasının Dövlət Neft Fondu
açıq tender elan edir
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyyat hissələrinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (e.tender) keçirir.
e.Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
İdiaçılara təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və e.tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 12 mart 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 29 mart 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 30 mart 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası