oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 31.03.2017

Bildiriş 31.03.2017

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 16 və 29 dekabr 2016-cı il tarixlərində “Xalq Qəzeti”-də dərc olunmuş elanlar üzrə keçirilən 25 lotdan ibarət açıq tenderdə Lot 21: Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması üzrə qalib “Xerotek LLC” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 10 mart 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 16 və 29 dekabr 2016-cı il tarixlərində “Xalq Qəzeti”ndə dərc olunmuş elanlar üzrə keçirilən 25 lotdan ibarət açıq tenderdəLot 2: İnzibati binada quraşdırılmış azot qazı ilə doldurulmuş (FM200) yanğın söndürmə sisteminə texniki xidmətin satın alınması; Lot 3: İnzibati binada quraşdırılmış yanğınsöndürmə sistemlərinə və avadanlıqlarına (nasoslar, drençerlər, spinkerlər, balonlar, hidrantlar) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması; Lot 10: İnzibati binada quraşdırılmış su təmizləyici qurğulara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması; Lot 11: İnzibati binada quraşdırılmış 2 ədəd qazan, 2 ədəd odluq (brülör) və 2 ədəd ehtiyat isti su çənlərinə (boiler) texniki xidmətin satın alınması və Lot 12: İnzibati binada quraşdırılmış serverlər üçün soyutma qurğularına (Crack) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınmasıüzrə qalib “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti,Lot 13: İnzibati binada quraşdırılmış fasad təmizləmək üçün nəzərdə tutulan avadanlıqlara (Mars 313A və mars 315A) texniki xidmətin satın alınmasıüzrə qalib“Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyəti, Lot 16: İnzibati binada quraşdırılmış ümumi havalandırma qurğuları üçün qayış və filtrlərin satın alınmasıüzrə qalib “Vellmechs” Məhdud Məsuliyyətli Cəmiyyəti, Lot 19: Kargüzarlıqla bağlı çap işlərinin satın alınmasıüzrə qalib “A dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti, Lot 8: İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması; Lot 17: İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələri (UPS) üçün akkumulyatorların satın alınması; Lot 22: HP, Dell, EMC, Cisco və s. markalar üzrə əsas avadanlıqların (komputer monitorları, komputerlər (laptop), server avadanlıqları və s.) satın alınması və Lot 23: İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları İP telefoniya, virtual platforma, elektron məktub və s.) texniki xidmətin satın alınması üzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlərlə 15 mart 2017-ci il tarixdə hər bir lot üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır.