Lot 1: İnzibati binanın daşınmaz əmlakının və onun istismarı ilə bağlı mülki məsuliyyətinicbari sığortası və daşınar əmlakın könüllü sığortası xidmətlərinin satın alınması;
Lot 2: Xırda avadlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.) satınalınması;
Lot 3: Cisco IT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 (bir) il müddətinəuzadılması xidmətinin satın alınması;
Lot 4: Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (əleyhqazlar, fənərlər, dozimetrlər,detektorlar və s.) satın alınması
Lot 5: Şəbəkə təhlükəsizliyi idarəetmə sistemi üzrə texniki xidmətin satın alınması;
Lot 6: Şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin satınalınması;
Lot 7: Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi üzrə texniki xidmətin satın alınması;
Lot 8: Mobil qurğuların, antivirus proqramların və zəifliklərin idarə olunması sistemləri üzrətexniki xidmətin satın alınması;
Lot: 9 Xidməti geyim formalarının (şalvar, köynək, papaq, pencək və s.) satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 10 fevral 2017-ci il, yerli vaxtla saat 10.00-da,ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 30 yanvar 2017-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 09 fevral 2017-ci il, yerli vaxtla 18:00-aqədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 1 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 2-3 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 4-8 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).