Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək tutuşdurulması və MHŞT Standartı ilə tələb edilən digər məlumatların toplanması daxil olmaqla 2015, 2016 və 2017-ci illəri əhatə edən MHŞT hеsаbatlarının hazırlanması xidmətinin müsabiqə yolu ilə satınalınması məqsədilə təkliflər cəlb edir.
Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 24 iyun 2016-cı il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı XTS-i və əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə 498-77-53 (daxili 1805) nömrəli telefon və ya umehraliyeva@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.