AÇIQ TENDER ELAN EDİR
Lot1: İT Lisenziyaların alınması və uzadılması
Lot2: Oracle verilənlər bazasının texniki dəstək xidmətinin 1 il müddətinə uzadılması xidmətinin satın alınması .
Lot3: Avadanlıqların istehsalçı zəmanət (Smartnet) müddətinin 1 il müddətinə uzadılması xidmətinin satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün avadanlıqların istehsalçı zəmanət müddətinin uzadılmasının təşkili xidmətinin satın alınması, lisenziyaların satın alınması, lisenziya və dəstək xidmətinin müddətinin 1 il müddətinə uzadılmasını əhatə edir.
Tender proseduraları 11 aprel 2016-cı il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 111”A” ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 29 mart 2016-cı il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 08 aprel 2016-ci il, yerli vaxtla 18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 111”A”, ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara Lot1 üzrə 100 (yüz) manat, Lot2 üzrə 100 (yüz) manat, Lot3 üzrə isə 200 (iki yüz) manat iştirak haqqı ödənildikdən sonra təqdim ediləcəkdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Azərbaycan Respublikasının
Dövlət Neft Fondu
VÖEN: 9900041961
H/h: AZ84NABZ01360400000000001944
Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T: NABZAZ2C
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TTG@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Orxan Şahverdiyev) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 1203)