Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 111A ünvanında yerləşən 22 mərtəbəli (+2 səviyyəli texniki mərtəbə, 1-ci mərtəbəsi 2 səviyyəli, 2 səviyyəli zirzəmi mərtəbəsində yeraltı avtodayanacaq) yeni inzibati binasında quraşdırılmış elektrik və mexaniki avadanlıqlara 2016-cı il ərzində texniki xidmət (ehtiyat hissələri ilə təmin edilməsi və dəyişdirilməsi daxil olmaqla) göstərilməsinə icraçı şirkətlərin seçilməsi məqsədilə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kotirovkalar sorğusu metodu ilə satınalma müsabiqəsi keçirir.
Quraşdırılmış elektrik və mexaniki avadanlıqların iş prinsipinin funksiyalarının müxtəlif olduğunu nəzərə alaraq, müsabiqə hər qurğu və avadanlıqlar üzrə ayrı-ayrılıqda LOT-lar üzrə aparılacaqdır:
LOT-1 - Serverlər üçün soyutma qurğuları sistemlərinə texniki xidmət;
LOT-2 – Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmət;
LOT-3 – Su nasosları və sistemlərinə texniki xidmət;
LOT-4 – Yanğın siqnalizasiya sistemlərinə texniki xidmət;
LOT-5 – Bina idarəetmə sistemlərinə (BMS) texniki xidmət;
LOT-6 – Su təmizləyici qurğulara texniki xidmət;
LOT-7 – 6 ədəd sərnişin və 2 ədəd yük liftlərinə texniki xidmət;
LOT- 8 – Avtomatik işıqlandırma sistemlərinə texniki xidmət;
LOT-9 – ümumi soyutma qurğularına texniki xidmət;
LOT-10 –ümumi havalandırma sisteminə texniki xidmət;
LOT-11 – yanğın nasoslarına texniki xidmət;
LOT-12 – azot qazı ilə doldurulmuş (FM-200) yanğınsöndürməsisteminə texniki xidmət;
LOT-13 –transformatorlar və aşağı gərginlikli elektrik qurğularına texniki xidmət;
LOT-14 – qazanxanada quraşdırılmış ehtiyat isti su çəninə (Boiler) texniki xidmət.
Qiymət təklifləri 15 dekabr 2015-ci il, saat 18:00-a qədər bağlı zərfdə, imzalanaraq və möhürlənərək Bakı şəhəri, Azərbaycan Respublikasının Dövlət Neft Fonduna, H.Əliyev pr. 111A ünvanına qədər təqdim edilməlidir.
Sorğuda iştirak etmək marağı olan şirkətlər əlavə məlumat əldə etmək üçün ARDNF-na (498-77-53 daxili 1005 Ə.Rzayev) müraciət edə bilərlər.