Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici kapital bazarlarında özəl səhm investisiyaları üzrə məlumat bazasına çıxışın təmin edilməsi məqsədi ilə analitik proqram təminatının seçilməsi və qurulması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər sorğusu metodu ilə satınalma proseduru keçirir.
Müsabiqədə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər 14 mart 2014-cü il yerli vaxtla saat 18:00-dək ARDNF-ə təqdim edilməlidir. Təklif zərfləri 15 mart 2014-cü il yerli vaxtla saat 11:00 da ARDNF-də (Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1000) açılacaqdır.
Maraqlananlar əlavə məlumat üçün ARDNF-ə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, AZ1000. Əlaqələndirici şəxs: R. Xəlilov Telefon: (012) 4987753 daxili nömrə (203)
Faks: (012) 4905732 E-mail: rfp@oilfund.az
Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun http://www.oilfund.az ünvanında yerləşən rəsmi veb saytında tanış olmaq mümkündür.