oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 06.11.2013

Tender Elanı 06.11.2013

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
Tibbi sığorta xidmətlərinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR


ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF-nin əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir.

Satın alınacaq xidmətlər Azərbaycan Respublikasında göstərilməlidir.

Tender proseduraları 20 dekabr 2013-cü il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 10 dekabr 2013-cü il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 19 dekabr 2013-cü il, yerli vaxtla 18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 24, ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün Tibbi sığorta sahəsində ən azı 10 illik təcrübənin, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSX@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxslər Sitarə Mirabdullayeva, Kəmalə Rəhimova) göndərilə bilər.

Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 128,198)

Tender Komissiyası