Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2012-ci il ərzində əldə edilməsi nəzərdə tutulan bəzi mebel və inventarların satınalınması məqsədilə 03.06.2012-ci il tarixində Xalq qəzetində dərc olunmuş bildiriş üzrə müsabiqəyə təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müsabiqənin davamından imtina edilmiş və aşağıdakı şərtlərlə müsabiqənin yenidən keçirilməsi qərara alınmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq 2012-ci il ərzində əldə edilməsi nəzərdə tutulan bəzi mebel və inventarların satınalınması məqsədilə “Təkliflər sorğusu” üsulu ilə satınalma müsabiqəsi keçirir.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Təkliflər 28 iyun 2012-ci il yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə təqdim edilməlidir.
Əlavə məlumat almaq və “Təkliflər sorğusu” əldə etmək üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 24, Dalğa plaza
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Əlaqə telefonu: 498 77 53 (dax.142)
Faks: 490 57 32
E-mail:emin.rasulov@oilfund.az
Əlaqələndirici şəxs: Emin Rəsulov