oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 16.05.2012

Tender Elanı 16.05.2012

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

“İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) sisteminin

satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tender “İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) sisteminin satın alınmasını əhatə edir.

Satın alınacaq sistem Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-də quraşdırılmalı, sazlanmalı və işçi vəziyyətə gətirilərək təhvil verilməlidir.

Tender proseduraları 02 iyul 2012-ci il yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank qarantiyası) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 20 iyun 2012-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron və ya adi poçtla, tender təklifləri isə 29 iyun 2012-ci il, yerli vaxtla saat 18.00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1004, Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən ARDNF-ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün İnformasiya Texnologiyaları sahəsində ən azı 2 illik təcrübənin olması, “İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) və ya müvafiq sistemlərin tətbiqi sahəsində Azərbaycanda 2-3 uyğun layihələrin həyata keçirilməsi, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Əsas Şərtlər Toplusu və sistemin Texniki Tələbləri tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular HRP@oilfund.az elektron poçt ünvanına və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Qaçay Mirzəyev) göndərilə bilər.

Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 176)

Tender Komissiyası