oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ilin I rübü üzrə gəlir və xərclərinə dair məlumat

19 Apr 2012 07:31:21

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ilin I rübü üzrə gəlir və xərclərinə dair məlumat

19 Apr 2012 07:31:21

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2012-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3586,9 milyon manat, büdcə xərcləri isə 1919,9 milyon manat təşkil etmişdir.

2012-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 1839,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,7 milyon manat vəsait ayrılmışdır. 4,8milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olmuşdur.

2012-ci il aprelin1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29800,0 milyon ABŞ dolları) nisbətən 8,6 % artaraq 32 359,4 milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və bu dövr ərzində qızılın miqdarı 2 ton 804kq (90 143 unsiya) təşkil etmişdir.

Xəbərlərə abunə ol