2012-ci iliyunun 7-dəAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Niderlandın İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden arasında görüş keçirilmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.