2012-ci il iyulun 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov Neft Fondunun 2012-ci ilin ilk altı ayının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirmişdir.
Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2012-ci ilin birinci rübündə gəlir və xərcləri, ARDNF-nin investisiya fəaliyyəti, Fondun yeni investisiyaları, Suveren Fondların Beynəlxalq Forumunun Meksikada keçiriləcək iclası, ARDNF-nin tikilməkdə olan yeni inzibati binası, Fondun 2011-ci il üzrə fəaliyyəti barədə illik hesabatı və MHŞT-nin Azərbaycanda tətbiqi üzrə hesabatı barədə məlumatları açıqlamışdır.
Mətbuat konfransının sonunda İcraçı direktor kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.