oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Suveren Fondların Beynəlxalq Forumunun dördüncü iclası Meksikada keçiriləcəkdir

23 Jul 2012 15:04:24

Suveren Fondların Beynəlxalq Forumunun dördüncü iclası Meksikada keçiriləcəkdir

23 Jul 2012 15:04:24

Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) dördüncü iclası 5-7 sentyabr 2012-ci il tarixlərində Meksikada keçiriləcəkdir.

“Küveyt deklarasiyası”nda qeyd olunduğu kimi SFBF-nin iclası ən azı ildə bir dəfə keçirilir. İclasda Forumun üzvlərini maraqlandıran məsələlər ətrafında müzakirələr aparılır, son bir ildə görülmüş işlər təhlil olunur, ən azı növbəti bir ili əhatə edən dövr üçün gələcək iş planı müzakirə olunur və dəqiqləşdirilir. 2012-ci il üçün iclasın Mexiko şəhərində keçirilməsi ötən ildəki Pekin iclası zamanı qərara alınmışdır.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. SFBF-nin ilk rəsmi iclası 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirilmişdir. İllik əsasda baş tutan SFBF-nin digər iclasları 2010-cu ildə Avstraliyanın Sidney şəhərində, 2011-ci ildə isə Çinin Pekin şəhərində keçirilmişdir.

Xəbərlərə abunə ol