oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru ilə Macarıstan nümayəndə heyəti arasında görüş keçirilmişdir

23 Jul 2012 16:13:29

Neft Fondunun İcraçı direktoru ilə Macarıstan nümayəndə heyəti arasında görüş keçirilmişdir

23 Jul 2012 16:13:29

2012-ci iliyulun 23-dəAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Macarıstanın dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti və Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbərlərə abunə ol