Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF-nin Macarıstan qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatla əlaqədar bildirir ki, Neft Fondu Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya etməyi nəzərdə tutmur.
ARDNF bu cür yanlış informasiyalar dərc edilməzdən əvvəl məlumatların Neft Fondu ilə dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir.