2012-ci il sentyabrın 5-7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Meksikanın paytaxtı Mexiko şəhərində işgüzar səfərdə olmuşdur. Səfər müddətində nümayəndə heyəti Mexikonun mərkəzi prospektində yerləşən Meksika–Azərbaycan Dostluq Parkı və burada ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə əklil qoymuşdur.