2012-ci il sentyabrın 5-7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Meksikanın paytaxtı Mexiko şəhərində işgüzar səfərdə olmuşdur. Səfər müddətində nümayəndə heyəti Meksikanın Tarixi Mərkəz rayonu ərazisindəki Tlakskoake–Xocalı meydanını və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və abidənin önünə əklil qoymuşdur.