2012-ci ilsentyabrın 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə ATƏT-ə üzv ölkələrin Daimi Nümayəndələrindən ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.