2012-ci il oktyabrın 2-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransa Senatının enerji üzrə araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin ölkənin inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanmış və həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.