oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirmişdir

05 Apr 2013 11:21:41

Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirmişdir

05 Apr 2013 11:21:41

Aprel 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilmişdir və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir. Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 4 tona (128 600 troya unsiyası) çatdırılmışdır.

5 Aprel 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 18 666 kq (600 146 troya unsiyası) təşkil edir.

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 %-ə qədəri qızıla investisiya edilə bilər. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. ABŞ dolları təşkil edir.

Xəbərlərə abunə ol