Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2013-cü ilin yanvar –mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 523,4 milyon manat, büdcə xərcləri isə 2 929,6 milyon manat təşkil etmişdir.
2013-cü ilin I rübü ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından3 410,7 milyon manat, tranzit gəlirləri 2,1 milyon manat, bonus ödənişləri 0,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 milyon manata bərabər olmuşdur.
HesabatdövrüərzindəNeft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 1,1 milyon manat vəsait ayrılmışdır. 3,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir.2013-cü ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci446,8 milyon manat təşkil etmişdir.
2013-cü ilin aprelin 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 0,6% artaraq 34 325,7 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil etmişdir.