Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.
İsrafil Məmmədov bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışmışdır. Daha öncələr həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində attaşe, Azərbaycan Respublikasının Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışmışdır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirmişdir.