Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2013-cü ilin yanvar–sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 086,0 milyon manat, büdcə xərcləri isə8 746,7milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 766,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 6,0 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 milyon manat təşkil etmişdir.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 milyon manata bərabər olmuşdur.
HesabatdövrüərzindəNeft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 8 339,9 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 10,9 milyon manat vəsait ayrılmışdır. 12,4 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2013-cü ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,8 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci38,7 milyon manat təşkil etmişdir.
2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4milyon ABŞ dolları) nisbətən4,9% artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 oktyabr2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası)təşkil etmişdir.