oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir

27 Sep 2013 06:03:00

Neft Fondunun İcraçı direktoru ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir

27 Sep 2013 06:03:00

2013-cü ilsentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparmışlar.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.

Xəbərlərə abunə ol