oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

26 Nov 2013 06:16:33

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

26 Nov 2013 06:16:33

2013-cü il noyabr ayının 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

İclas zamanı Çoxtərəfli Qrupun üzvləri tərəfindən MHŞT üzrə 2014-cü il üçün iş planının layihəsi əsas götürülməklə növbəti iclasa təsdiq edilmək üçün təqdim edilməsiqərara alınmış, MHŞT-nin Azərbaycanda Tətbiqinə dair Yeni Memorandumun hazırlanması üzrə İşçi Qrup tərəfindən 2013-cü ildə Sidneydə keçirilmiş MHŞT üzrə VI Qlobal Konfrans çərçivəsində qəbul edilmiş MHŞT Standartına uyğunlaşdırılmış Yeni Memorandumun layihəsi ətrafında müzakirələr davam etdirilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol