oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

29 Nov 2013 11:35:12

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

29 Nov 2013 11:35:12

2013-cü il noyabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2014-cü il üçün büdcə layihəsi müzakirə olunmuşdur.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2014-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirlərinin 11 626 943,4 min manat, xərclərinin11 349 934,8min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 58 140,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2014-cü il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.

Xəbərlərə abunə ol